Slimfit
  1. TƏBİƏT

Təbiətin qorunması

Təbiətin qorunması
Sakura

Təbiətin qorunması

Təbiətin qorunması – ölkənin təbii ettiyatların qorunmasını, yaxşılaşdırmasını və rasional istifadəsini təmin edən, eləcə də ətraf mühitə mənfi antropogen təsirinin azaldılmasına yönələn hər bir təsərüfat fəaliyyətidir.

Sənaye müəssisələri və əmək kollektivləri təbiətiqoruyucu tədbirlərin keçirilməsində, eləcə də təbiətdən rasional istifadə etməkdə maraqlı deyillər. Çünki bu, əlavə xərclərin artmasına, yeni avadanlıqların tətbiq edilməsinə yol acır. Onların başlıca məqsədi istehsalın və gəlirlərin artırılmasıdır. Ancaq bu tətbirləri görmədən ətraf mühitə ziyan vurulur və insanların yaşayışı dözülməz olur. Buna görə də bu problemlərlə ölkə başçıları, siyasi liderlər və ictimai hərəkatlar məşğul olmalıdırlar. Onlar müəssisələrin təmiz istehsala keçməsini məcbur etməlidirlər, bu yöndə xərclərin çəkməsi məsələsini onların boynuna qoymalıdırlar. Eyni zamanda təbiətiqoruyucu tətbirlərin keçirilməsinə keniş xalq kütlələri cəlb olunmalıdırlar bu tətbirlər təbliğ edilməlidir.

Təbiətin qorunmasına yönəlmiş tətbirlər çoxdur, ancaq onları əsasən 3 qrupa bölmək olar:

  1. Birməqsədlilər. Onların məqsədi çevrəmizin sənaye kirlənməsinin azaldılması, ya da tamam ortalıqdan qaldırılmasıdır. Bu kimi tətbirlərin təbiətiqoriyucu effekti müəssisələrdə standartauyğun təbiəti qoruyuyan texnikanın quraşdırılması; yeni təmizləmə üsullarının kəşvi və işə salınması; kirlənmə dərəcəsini azaldan texnologiyalarda bəlli yeniliklərin tətbiq edilməsidir.
  2. Ehtiyatlara qənaət edənlər. Bunların məqsədi enerji, yanacaq, və xammal ehtiyatlarını qənaətlə istifadə edilməsindədir. Bu da istehsalatda enerji və xammalın işlənmə miqdarının azaldılması, onların nəql edilməsi və saxlanması zamanı itkilərin azaldılması yolu ilə edilir.
  3. Çoxməqsədlilər. Bunların da məqsədi təbiətiqoruma tətbirləri ilə birlikdə sənaye məhsullarının keyfiyyətlərinin artırılması; təbii ehtiyatlarının, fəhlə gücündən, texnoloji avadanlıqdan və maddi istehsalın başqa elementlərdən istifadənin yaxşılaşdırılmasıdır. Bu tədbirləri etmək üçün aztullantılı və ehtiyatlara qənaət edən toxnologiyaların yaradılması yolu ilə həyata keçirirlər.

 

Tullantısız və aztullantılı texnologiyalar

Bunlar təbii mühiti qorumaq üçün, qaz, maye və bərk tullantılarının az çıxması, ya da heç çıxmaması ilə müşaiyət olunan xammaldan bütün dəyərli maddələrin işlənməsini təmin edən texnologiyalardır. Örnək üçün bu texnologiya tətbiq olunarsa, filizlərdən qara və əlvan metallar kimi əsas malların alınmasından başqa, həmdə inşaat materialları (sement, çınğıl, kərpic), kimyavi turşular, kübrələr istehsal edilə bilər. Bu da işlənmiş filizlərin tullantılarını heçə endirir. Çünki hər şey nəyinsə istehsalına yönəlir.

Bu kimi texnologiyaların işlənməsinə 20 yüzilliyin ortalarında, ətraf mühitin kirlənməsi problemi kəskinləşməsi səbəbi ilə keçilmişdir.

Tullantıları az olan texnologiyaların əsasında təbiətdə olan proseslərin bir-birinə bağlılığı durur. O zaman bir növ canlıların ifraz etdikləri məhsullar başqaları tərəfindən hopulur. Buna görə də təbiətdə gərəksizolan bir şey qalmır, hər şey istifadə olunur.

Tullantısız texnologiyaların başlıca məqsədi zərərli maddələrin axıdılmasının qarşısını almaqdır. Bunu da susuz, ya da su az işlədən texnologiyaların əsasında əldə olunur. Başqa yol onları yuyub aparan suyun, dövriyə nəticəsində, bir neçə dəfə isfifadə olunması; su dövriyyəsi sistemlərinin inkişafı; axədəlan sularıntəmizlənməsi və onlardan gərəkli maddələrin çıxarılıb yenidən işlədilməsi; su soyuducu qurğularının hava ilə işləyənlərlə dəyişdirilməsi; tullanan maddələrin bərk halında, suya hopdurulmaharaq çıxarılması və onların başqa şey üçün istifadə edilməsidir. Bütün bu problemlər haqqında benalxalq müqavilələr vardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR