Slimfit
  1. CƏMİYYƏT

TƏBİB: ÜST mütəxəssisləri şəhər və rayonlardakı xəstəxana və laboratoriyalara baş çəkib

TƏBİB: ÜST mütəxəssisləri şəhər və rayonlardakı xəstəxana və laboratoriyalara baş çəkib
Sakura

TƏBİB: ÜST mütəxəssisləri şəhər və rayonlardakı xəstəxana və laboratoriyalara baş çəkib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökümətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyası öz işini başa vurub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında koronavirusun yayılmasının qarşısını almaq və bütün pasiyentlərə qayğını optimallaşdırmaq üçün yoluxma hallarının erkən aşkarlanmasının prioritet olması tövsiyə edilib.

5 gün davam edən missiya zamanı ÜST-ün mütəxəssisləri şəhər və rayonlarda yerləşən xəstəxana və laboratoriyalara baş çəkib, koronavirusa yoluxmuş insanları aşkar və müalicə etmək üçün milli planı müzakirə edib. Nümayəndə heyəti, həmçinin hakimiyyət orqanları ilə birlikdə koronavirusa cavab tədbirlərinə dair strategiyanı daha da inkişaf etdirmək üzərində çalışıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR