Dərc edildi: Baxış sayı: 696
TƏBİB: Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi və ürəyinin getməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Trend-in məlumatına görə, Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O qeyd edib ki, yayılan görüntü şayiədir:
"Həmin şəxs həqiqətən də İranda işləyib və Ağdaşa qayıdıb. O, sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət