Dərc edildi: Baxış sayı: 465
TƏBİB sədrindən yeni TƏYİNAT
Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeni təyinat olub.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.
Əmrə əsasən, Zeynalov İftixar Əli oğlu Goranboy Rayon Mərkəzi Xəstəxanası - Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, İ.Zeynalov 2007-2015-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
TƏBİB-dən təyinatı Oxu.Az-a təsdiq ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət