TƏBİB sədri: "Yoluxanlar arasında az da olsa, tibb müəssisələrində çalışanlar da var"
“Məhdudiyyətlər aradan qalxdıqca normal fəaliyyət bərpa olunacaq”.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, yaxın vaxtlarda tibb müəssisələrinin normal fəaliyyətə dönməsi təmin ediləcək: “Tibb müəssisələrində xəstələrin qəbulu ilə bağlı təlimatlar hazırlanaraq göndərilib. Mən xəstəxanalarda çalışan əməkdaşlarımıza müraciət edirəm ki, bu təlimatlarla yaxından tanış olsunlar. Bu gün yoluxanlar arasında az da olsa, tibb müəssisələrində çalışanlar da var”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, tibb müəssisələri fəaliyyətini normal bərpa etdikdən sonra əlilliyin təyini ilə bağlı proseslər də başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət