TƏBİB sədri koronavirusa görə gündəlik aparılan testlərdən danışdı
“Hazırda ölkədə koronavirusun aşkarlanması üçün istifadə edilən laboratoriyaların sayı 10-dur. Amma onların sayı 15-ə yaxınlaşır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, hazırda üç mindən çox test edilir:
“Yaxın gələcəkdə bu sayı beş minə çatdıracağıq. Testin edilməsi arealı genişləndikcə pozitiv halların aşkarlanması çoxalır. Ölkəmizin regionlarında bütün tibb müəssisələrindən alınan nümunələr əsasında bu, ortaya çıxır”.
“Dövlət və özəl tibb müəssisələrinə tibb işçiləri üçün hazırlanan müvəqqəti rəhbərliklər var. Tibb işçiləri rəhbərlikdə olan qaydalara əməl etsələr, onlar özlərini qoruya biləcəklər. Onlar digər xəstəliklərin müalicəsi ilə də məşğul olmalıdırlar. Onlar bizim diqqətimizdən kənarda qala bilməz”.
Sədr qeyd edib ki, testlərlə bağlı xüsusi logistika planı hazırlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət