Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

TƏBİB rəhbərinin müavini: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"

TƏBİB rəhbərinin müavini: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"
Sakura

TƏBİB rəhbərinin müavini: "Uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb"

"Fərqliliyi olan insanların rifahının gücləndirilməsi dövlətin əsas prioritetlərindəndir".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorun müavini Anar İsrafilov Xüsusi qayğıya ehtiyacı olan insanlara həsr edilmiş 5-ci yubiley “Fərqli Fərdlər” Konqresinin açılış mərasimində deyib.

O bildirib ki, son illərdə reabilitalogiya sahəsində ciddi uğurlar əldə olunub:

"Ölkəmizdə reabilitasiya xidmətlərinin effektiv və səmərəli təşkili istiqamətində əməkdaşlıq, təcrübə mübadiləsi daim dövlətin nəzarətindədir. Bu sahədə həyata keçirilən layihələrdə Heydər Əliyev Fondunun danılmaz rolu var".

A.İsrafilov bildirib ki, son illər uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığı artıb:

"Bunun təkcə tibbi yox, həm də sosial səbəbləri var. Cəmiyyətin əsas problemlərindən biri də bulinqdir. Bu mənada valideynlər övladlarına diqqətlə yanaşmalıdırlar. Əminəm ki, bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə birlikdə çatacağıq".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR