TƏBİB: “Qoruyucu maskalar həyat tərzimizə çevrilməlidir”
“Bu gün COVID-19-a yoluxan xəstələrin vəziyyəti mart ayında yoluxanların durumundan daha ağırdır”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, regionlarda yaşayan insanlar virusun yalnız Bakıda, Sumqayıtda olduğunu düşünürlər:
“Virus sərhəd, yaş məhdudiyyəti tanımır. Hər kəs bu virusa yoluxa bilər. Xəstəlik artıq mutasiyaya uğrayıb və daha təhlükəli hal alır.
Virus orta yaşlı xəstələrimizdə çox ciddi fəsadlar törədir. Bütün bunlara səbəb qoruyucu vasitələrdən istifadə olunmaması, qaydalara əməl edilməməsidir. Hələ uzun müddət maskalardan istifadə edəcəyik. Biz istəsək də, istəməsək də, qoruyucu maskalar həyat tərzimizə çevrilməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət