Dərc edildi: Baxış sayı: 510
TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
"Koronavirusdan sağalan xəstələrin donor kimi qan verməsi könüllü prosesdir".
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin qanından plazma kimi xəstə insanların müalicəsi üçün istifadə edilir: "Ancaq hər sağalmış xəstənin qanından hər xəstə üçün istifadə etmək mümkün deyil. Amma kimsə gözləməsin ki, hansısa xəstənin vəziyyəti ağırlaşsın, sonra qan verək. Mən müraciət edirəm ki, qan verək. Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət