Slimfit
  1. CƏMİYYƏT

TƏBİB-in sədri səhiyyə müəssisələrinə inamsızlıqla bağlı fikirlərlə razı deyil

TƏBİB-in sədri səhiyyə müəssisələrinə inamsızlıqla bağlı fikirlərlə razı deyil
Sakura

TƏBİB-in sədri səhiyyə müəssisələrinə inamsızlıqla bağlı fikirlərlə razı deyil

“Biz pandemiya ilə mübarizəyə başladığımız ilk dövrlərdən müəyyənləşdirilmiş tibbi protokollar əsasında müalicə tətbiq etmişik”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı səhiyyə müəssisələrinə inamsızlıqla bağlı fikirlərlə razı olmadığını da vurğulayıb: “Tibb müəssisələrində kifayət qədər peşəkar insanlar çalışır. Fədakar əməyə görə həkimlərə təşəkkür etməliyik. Harada qüsur varsa, onu da aradan qaldıracağıq. İnsanlarımız səhiyyə sisteminə inanırlar”.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə bildirib ki, bəzi insanlar koronavirusa yoluxduğu halda, bunu ayıb sayaraq xəstəxanaya müraciət etmirlər: “Temperaturu olan, yoluxma şübhəsi olan insanlar poliklinikalara müraciət etməlidirlər. Hər kəs bu virusa yoluxa bilər, burada ayıb heç nə yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR