Slimfit
  1. CƏMİYYƏT

TƏBİB: III doza ilə bağlı iclas keçiriləcək, bəzi şəxslərə yenidən peyvənd vurulacaq

TƏBİB: III doza ilə bağlı iclas keçiriləcək, bəzi şəxslərə yenidən peyvənd vurulacaq
Sakura

TƏBİB: III doza ilə bağlı iclas keçiriləcək, bəzi şəxslərə yenidən peyvənd vurulacaq

TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitədə koronavirusun III dozası ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Yaxın günlərdə bununla bağlı komitənin iclası keçiriləcək.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib. 

“Koronavirus peyvəndlərinin ömürlük qoruyuculuq qabiliyyəti yoxdur. Buna görə də gücləndirici dozanın daha effektiv olması ilə bağlı fikirlər var. Bu proses revaksinasiya, yəni təkrar vaksinasiya deyil, sadəcə  gücləndirici doza adlandırılır.

Komitənin iclasında kimlərə və nə zaman bu dozanın tətbiq olunması müzakirə olunacaq. Proses yəqin ki, laborator göstəricilərə uyğun olaraq həyata keçiriləcək. Əgər qanda antitellər varsa,  III dozanın tətbiqi məntiqli olmaz. Antitellərin səviyyəsi sürətlə düşən, peyvəndlənməsindən və ya koronavirusdan sağalmasından altı ay ötən şəxslərə bunun vurulması müzakirə mövzusu ola bilər”, - deyə o bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR