TƏBİB-dən vəzifəli şəxslərin karantini pozaraq toy etmələri ilə bağlı AÇIQLAMA
“Yoluxmaların artımının qarşısının alınması üçün monitorinqlər aparılır və iaşə obyektlərində neqativ məqamlar da aşkarlanır”.
Oxu.Az -ın müxbiri operativ qərargahın brifinqindən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarı hər kəs üçün keçərlidir:
“Biz hər birimiz bu qərara riayət etməliyik ki, yoluxma sayı aşağı düşsün. Təəssüf ki, dediyiniz məqamlar mövcuddur və sizin də dediyiniz kimi, aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.
Biz, sadəcə olaraq, vətəndaşlarımızı yeni qaydalarla yaşamağa öyrəşməyi və həm özlərini, həm də ətrafındakıları virusdan qorumağa səsləyirik”.
Qeyd edək ki, son günlər bir sıra vəzifəli şəxslərin ailələrində toy mərasimləri xəbərləri yayılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət