Slimfit
  1. CƏMİYYƏT

TƏBİB-dən sərtləşdirilmiş karantin rejimi ilə bağlı - AÇIQLAMA

TƏBİB-dən sərtləşdirilmiş karantin rejimi ilə bağlı - AÇIQLAMA
Sakura

TƏBİB-dən sərtləşdirilmiş karantin rejimi ilə bağlı - AÇIQLAMA

“Deyirlər ki, fikirlər tez-tez dəyişir, bir cür rejim idi, sonra fərqli bir rejimə keçir. Əslində, bu, olduqca normal bir şeydir. Çünki biz indiki vəziyyəti nəzərə alaraq, ikinci, üçüncü, dördüncü, gələcək addımlarımızın hamısını qiymətləndirir və nə edəcəyimizi planlaşdırırıq”.

Ens.az Kommersant.az-a istinadən xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbəri Firəngiz Əliyeva “Real intervyu”da qonaq olarkən deyib.

“Biz özümüzü hər şeyə hazırlayırıq. Qıraqdan o daha asan görünmüş ola bilər ki, bu gün belə düşündülər, sabah fərqli düşündülər, amma elə deyil. Biz hansı dövrdə nə cür addım atacağımızı bilirik. Dövlətimizin bu istiqamətdə hazırlanmış planı var və bu plan üzrə də işlər gedir, addımlar atılır. Bugünkü gündə düşünülmədən və yaxud xaotik hansısa bir hərəkətlər qətiyyən yoxdur”, - deyə F.Əliyeva əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR