Dərc edildi: Baxış sayı: 681
TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı AÇIQLAMA
“Məktəblərin, uşaq bağçalarının açılması müzakirə edilib. Vətəndaşlarımız, ölkəmiz üçün ən doğru qərarlar qəbul ediləcək”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, vətəndaşlarımız üçün doğru qərarların qəbuluna çalışılır:
“Bu barədə ictimaiyyətə məlumat veriləcək. Məktəblərin açılması məsələsi ÜST-ün Azərbaycandakı missiya üzvləri ilə müzakirə olunub.
Həmçinin, bu yolu keçmiş bəzi ölkələrin təcrübəsini müzakirəyə çıxarmışıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət