Slimfit
  1. CƏMİYYƏT

TƏBİB-dən COVID-19 xəstələrinə yanlış müalicə yazanlarla bağlı XƏBƏRDARLIQ

TƏBİB-dən COVID-19 xəstələrinə yanlış müalicə yazanlarla bağlı XƏBƏRDARLIQ
Sakura

TƏBİB-dən COVID-19 xəstələrinə yanlış müalicə yazanlarla bağlı XƏBƏRDARLIQ

Son dövrlər ayrı-ayrı şəxslər tərəfindən “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və  müalicənin doğru aparılmadığı hallarına rast gəlinir. 

Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən məlumat verilib. 

Bildirilib ki, xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir:

“Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də vətəndaşların fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik”.

https://its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf

https://its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR