Dərc edildi: Baxış sayı: 531
TƏBİB: Azərbaycan daha 4737 nəfər COVID-19 testindən keçib
Bu gün Azərbaycanda 4737 nəfər koronavirus testindən keçib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 202 282 şübhəli koronavirus testindən keçib. Reanimasiyada olan xəstə sayı 26, süni tənəffüs cihazında olan xəstə sayı 9-dur.
Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2693, virusdan ölənlər 33, sağalan xəstə sayı 1735, aktiv xəstələrin sayı isə 925 nəfərdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət