Teatr Xadimləri İttifaqında yeni səhnə əsərləri hazırlanır
Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun rəhbərlik etdiyi rejissor laboratoriyasında bir neçə yeni tamaşa hazırlanır. Hazırda məşqləri gedən tamaşalardan biri “Zoopark əhvalatı”dır.
AZƏRTAC xəbər verir ki, bu barədə tamaşanın quruluşçu rejissoru, Gənc Tamaşaçılar Teatrının aktyoru İmran Ali Qurban məlumat verib. O deyib ki, məşhur Amerika yazıçısı Edvard Olbinin “Zoopark əhvalatı” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşada Jerry obrazını Əməkdar artist Rövşən Kərimduxt, Piter obrazını isə aktyor Elçin Hacı canlandıracaq.
Tamaşanın premyera tarixi və məkanı hələlik dəqiq müəyyənləşdirilməyib.
Xatırladaq ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətovun təşəbbüsü ilə yaradılan rejissor laboratoriyası 2018-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət