Slimfit
Teatr
Sakura

Teatr

Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.

Tarixi

 
Roma dövründə mövcud olan Dionis teatrının rekonstruksiyası

Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır.O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir.

Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu. Yunan allahı Dionisin şərəfinə b.e.ə. 534-cü ildən drama, b.e.ə. 480-ci ildən başlayaraq isə komediya tamaşaları nümayiş etdirilirdi. O dövrdəki bütün dramlar yalnız bir neçə on illikdən sonra yenidən səhnəyə qoyulmuşdur.

Romalılar Pun müharibələri dövründə yunan teatr mədəniyyətini mənimsəyirlər. Bütün Roma imperiyasında teatrlar qurulur. Sonralar isə teatr öz əhəmiyyətini pantomimanın inkişafı ilə əlaqədər olaraq itirir.

Orta əsrlərdə dini mövzulu tamaşaların teatrlarda səhnələşdirilməsi geniş yayılır. İntibah dövründə yenidən keçmişdə yayılmış olan dram və komediyalara üstünlük verilir. Teatrın şimali İtaliyada açıq havada oynanılan komediya forması (commedia erudita) geniş təşəkkül tapır . Nikkolo Makiavelli öz dövrünün məşhur komediya əsərlərini qələmə alır. Dramların məzmunu Aristotel təsəvvürünə əsaslanır.

Teatr sənəti Barokko dövründə olduğu kimi hələ geniş yayılmamışdır. XVII əsrdə səhnədə oynanılan hadisələr gözəl dünyanın əksini göstərirdi. Feodalizmintənəzzüllü və mütləqiyyətin qələbəsi köhnə dəyərləri dağıtmış və yeni düşüncə tərzini formalaşdırmışdır. Dünya və səhnə arasındakı müqayisə, hər bir şəxsə aid olan rolun oynanılması Vilyam Şekspir və Pedro Kalderonun əsərlərində özünə yer tapır. İnsan cəmiyyətin həqiqi üzü, allah rejissoru və tamaşaçısı ideologiyası o dövrün teatralikinin əsasını təşkil edirdi.

Romantika dövründə teatr səhnələrində əsasən lirik pyeslər tamaşaya qoyulurdu və vacib insan hisslərinin ifadə olunmasına yer verilirdi.

Yeni dövrdə teatr antik dövrdə mövcud olmuş xəttdən o qədər də kənara çıxmır. Teatr səhnələrinin mövzusu bu ərəfədə naturalizm, dadaizm, ekspressionalizm, sürrealizm, absurdizm və postmodernizm kimi cərəyanların təsirinə məruz qalır. Bu dövrdə teatr sənətinin inkişafında Antonin Artaud, Konstantin Stanislavski, Bertold Brext, Stiven Berkof, Samuel Bekert və Toni Kuşner kimi şəxslərin rolu olmuşdur.

 

Klassik teatr növləri

Klassik teatrın dörd növü var:

  • Danışıq teatrı (dram, komediya, tamaşa)
  • Musiqi teatrı (opera, operetta, musiqi)
  • Rəqs teatrı (balet, milli rəqslər)
  • Fiqur (və ya kukla) teatrı (marionet teatrı, kölgə teatrı)

Göstərilən sahələr üzrə çalışan sənətçilərin ixtisasları da bir-birindən fərqlənir:

  • Danışıq teatrında: Aktyorlar, rejissorlar, musiqiçilər;
  • Musiqi teatrında: Müğənnilər (solistlər və xor ifaçıları), orkestr musiqiçiləri, repetitorlar, dirijorlar, rejissorlar;
  • Rəqs teatrında: Rəqqasələr, xoroeqraflar, repetitorlar çalışır.

 

Azərbaycanda Teatr

   Bakıda teatr səhnəsi

    Azərbaycan Dövlət Kukla Teatrı

  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR