Dərc edildi: Baxış sayı: 409
TBMM-in yeni sədri bəlli oldu
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
O, üçüncü cəhddən bu vəzifəyə təsdiqlənib.
Gizli səsvermədə parlamentin 586 üzvü iştirak edib.
Kurtulmuş ilk turda tələb olunan 400 səsdən 317, ikinci turda isə 321 səs alıb.
Üçüncü turda isə 301 səs tələb olunub ki, bu da yenidən 321 səs toplayan siyasətçinin parlament sədri seçilməsini təmin edib.
Mənbə: Haber Global
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət