Dərc edildi: Baxış sayı: 447
Tbilisidən Azərbaycan sərhədinədək avtomobil yolunda hərəkət sürətinə nəzarət gücləndirilib
Gürcüstanda yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün Tbilisi, Kvemo Kartli bölgəsi və Rustavi şəhərində avtomobillərin sürətinə nəzarətin həyata keçiriləcəyi 6 yeni bölmə istifadəyə verilib.
Ens.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Bölmələrdən dördü Tbilisi-Qırmızı körpü avtomobil yolunun üzərində yaradılıb. Yolun bir hissəsində icazə verilən sürət həddi saatda 40, digər hissəsində isə 70 kilometr təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət