Dərc edildi: Baxış sayı: 226
Tbilisidə “Xarici agentlər haqqında” qanuna dəstək aksiyası keçirilir
Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agentlər haqqında” qanun layihəsinə dəstək aksiyası keçirilir.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, respublikanın paytaxtının Rustaveli prospektində minlərlə insan toplaşıb. Aksiyanı ölkənin hakim partiyası “Gürcü Arzusu” təşkil edir.
RT-nin yazdığına görə, insanlar daha çox sözügedən qanun layihəsinin qəbul edilməsinin zəruriliyi ilə bağlı şüarlar səsləndirirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət