Dərc edildi: Baxış sayı: 462
Tatlısəsi azərbaycanlı həkim sağaltdı
Azərbaycanlı loqoped Esmria Kazımova Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsi sağaldıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tatlısəs özü sosial şəbəkədə yazıb:
“Son zamanlar danışanda insanlara dediklərimi 2 dəfə təkrar etmək məcburiyyətində qalırdım. Hər şeyin çarəsi var deyib, bu xırda problemi loqopedlə həll etməyə qərar evrdim. Allah yenə mənə kömək etdi və Esmira Kazımovanı qarşıma çıxardı. 1 ayda problemi həll etdik. Loqopedimə çox təşəkkür edirəm”.
Xatırladaq ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni iflic olmuş və nitqində problemlər yaranmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət