Slimfit
  1. MƏŞHURLAR

Tarkan 45 illik həyatından film çəkir

Tarkan 45 illik həyatından film çəkir
Sakura

Türkiyənin məşhur ulduzu Tarkan həyatı haqqında film çəkir.

“Ölkə.Az” xəbər verir ki, film meqastarın yaşadığı ölüm təhlükələri, problemlər, şöhrət zirvəsinə qalxdığı yoldan bəhs edəcək.

Tarkanın anası Nəşə Təvətoğlu əri Əli Təvətoğlu ilə evləndikdən sonra çətin günlər keçirib. Qadın Tarkana hamilə qaldığını öyrənəndə uşağı tələf etmək istəyib. Amma yuxusunda oğlunun ailəsi və ölkəsi üçün çox xeyirli bir övlad olacağını görüb və bundan vaz keçib.

Tarkanın adı da anasının yuxusuna görə verilib. Uşaq yaşlarında o, böyük qardaşı ilə at arabasının ardınca qaçaraq dəhşətli qəzaya düşüb. Həkimlər “bu uşaq yaşamayacaq” desələr də, Tarkan sağ qalıb. Meqastar böyüdüyü Almaniyada da irqçilərin hücumuna məruz qalıb. 15 yaşı olanda atasının xəstəliyinə görə Türkiyəyə köçüblər.

1990-cı illərdə ulduzu parıldamağa başlayan meqastar Fransada avtomobil qəzasına düşür və ölümlə üz-üzə gəlir. Uzun müddət reanimasiyada yatan Tarkan sağalır.

Həyatı keşməkeşli olan Tarkanın filmdə rol alıb-almayacağı hələ bilinmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR