Slimfit
  1. İDMAN

Tarixin ən cüssəli idmançıları

Tarixin ən cüssəli idmançıları
Sakura

Tarixin ən cüssəli idmançıları

Avropa kişisi orta hesabla 180 sm boya malik olur. Tipik avropalı qadının boyu təqribən 166 sm-ə bərabərdir. Alimlər hesab edir ki, son illərdə bu göstəricilər artıb, axı bizim babalarımızn boyu təxminən 170 sm olub.

Gəlin, orta göstəricilərdən kənarlaşaq və qeyri-adi insanlara nəzər salaq. Bizim sizə təqdim edəcəyimiz cüssəli idmançılar öz ölçüləri ilə heyrətə gətirirlər. Div-adamlar bir zərbə ilə öküzü yıxmağa və ya maşını aşırmağa qadirdirlər. Əmin olun ki, siz rinqdə onlardan biri ilə qarşılaşmaq istəməzdiniz.

Andre Rusimov

Məşhur fransalı restler hələ uşaq ikən özündən böyük kişiləri yıxmağı bacarıb. Böyüdükdən sonra isə öz görünüşü ilə rinqdə rəqiblərini qorxudub.

Andrenin boyu düz 224 sm, çəkisi isə 240 kq olub. Bu parametlər idmançıda təsadüfən yaranmayıb, belə ki, bunun səbəbi akromeqaliya xəstəliyi olub. Bu xəstəlik nəticəsində orqanizm həddindən artıq miqdarda boy artımı hormonu ifraz edir.

Ceff Lyuis

Ceff vaxtilə planetin ən güclü pauerlifyeri tituluna sahib olub ki, buna da onun böyük çəkisi imkan verib. Lyuisin oturaq vəziyyətdə qaldıra biləcəyi ştanqın çəkisi insanı heyran edir – 545 kq. İdmançının özünün çəkisi isə 250 kq-dır. Bu isə o deməkdir ki, Ceff öz çəkisindən iki dəfə ağır ştanqı qaldıra bilir.

Emmanuel Yarboro

Emmanuel karyerasının başlanğıcında olduğu zaman 260 kq çəkiyə malik olub. Getdikcə iştaha gələn atletin çəkisi sonradan 370 kq-a çatıb.

Yarboro özünü sumo və qarışıq döyüş növlərində sınayıb, lakin idman karyerası uğursuz alınıb və o, reklam aktyoru kimi məşhurlaşıb. Emmanuel inanılmaz dərəcədə yumşaq xasiyyətə malik olub. O, geniş ürəkli bir yekəpər olub.

O, ömür boyu kökəlməyə səbəb olan xəstəliklə mübarizə aparıb və ABŞ üzrə səyahət edərək özü kimi xəstələrə dəstək verib.

Şakil O’Nil

Fenomenal basketbolçu öz yaşıdlarının məsxərəsinə fikir verməsəydi, bəlkə də, idmanda nailiyyətlər əldə etməyəcəkdi. Gənc Şakil o qədər boy atıb ki, hətta ən hündür yaşıdlarından belə bir baş hündür olub. Məhz o zaman o, özünü basketbolda sınamaq qərarına gəlib.

İlk oyunlar bərbad olub: gənc çox ləng hərəkət edib və güclü tənqidlərə tuş gəlib. Ancaq 216 sm boya malik olan Şakil ruhdan düşməyib və öz üzərində səylə çalışıb.

Haftor Byernsson

“Game of Thrones” serialının fanatları bu adla yaxşı tanışdırlar. Qriqor Kliqa rolunu oynayan islandiyalı dünya rekordlarını qırır və insan övladının imkan hüdudlarını genişləndirir.

Haftor basketbolçu olmaq arzusunda olub, lakin zədələr səbəbindən bu idman növünü tərk etməli olub. İnsana xas olmayan gücü özündə hiss edən Byernsson pauerliftinqlə məşğul olmağa başlayıb və bunda yanılmayıb.

Dalip Sinqx Rana

Kiçikboylu hindlilərin yanında Dalip əsl Qulliver təsiri bağışlayır. Öz ölçülərinə görə doğma vətənində idmançıya Böyük Kali adını veriblər. Rananın boyu 221 sm, çəkisi isə 157 kq-dır.

Əlbəttə ki, Dalip Sinqx Bollivud filmlərində də çəkilib və bir qoşun “pis oğlan”la mübarizə apardıqdan sonra mahnı söyləyib və fillərlə rəqs edib. 

Kiməsə inanılmaz bir güc dünyaya gəldiyi zaman verilir, kimsə gecə və gündüz idman zalında tər tökərək planetin ən güclü insanı adına layiq görülməyə nail olur.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR