Slimfit
  1. CƏMİYYƏT

Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı...

Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı...
Sakura

Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı...

1990-cı ilin 20 Yanvarı... O müdhiş gündən bizi düz 30 il ayırır.

O vaxtdan günümzə qədər hər il insanlar 20 Yanvarda Şəhidlər Xiyabanına axışır, şəhidlərimizin məzarlarını ziyarət edirlər.

Kamil Cəlilovun qaboyunda inildəyən Zəminxarə muğamı sədaları altında şəhid məzarları üzərinə Qərənfil dəstələri düzürlər.

Bir növ 20 Yanvar hüzn günü kimi qeyd edilir. Biz təbii ki, bunun əleyhinə deyilik.

Amma xaricdə, elə qardaş Türkiyədə də anım günləri yalnız matəm tədbiri kimi deyil, həm də şanlı tarix, qalibiyyət məqamı kimi qeyd edilir.

Bəli, 20 Yanvar tariximizin ən qanlı səhifələrindəndir. Ancaq məhz bu hadisədən sonra Azərbaycanın müstəqillik qazanması 20 Yanvar gününün həm də tariximizin şanlı səhifəsi olduğunu göstərir.

Necə düşünürsünüz, bu günü hüznlə bərabər həm də qəhrəmanlıq günü kimi qarşılamağımız doğru olmazmı?

Bununla bağlı Modern.az-a danışan xalq şairi Sabir Rüstəmxanlı 20 Yanvarın həm də qələbə günü kimi qeyd olunmasının mümkünsüz olduğunu bildirib:

“Bu günü həm də qələbə günü kimi qeyd edək desək, mümkün deyil. Çünki günahsız, savaş haqqında düşünməyən silahsız insanlar yolda getdiyi yerdə öldürülüb. Şəhidlər Xiyabanına gedərək kədərlənməmək mümkün deyil. Ona görə ki, orada təkcə 20 Yanvar şəhidləri yox, həm də 1918-ci ildə soyqırım qurbanları, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlər dəfn olunub.

Məhz bu şəhidlər rus işğalçılığının, zülmünün yadigarıdır. Torpaqlarımızın 20 faizinin də düşmən tapdağı altında olduğunu nəzərə alsaq hansı ruh yüksəkliyindən, qələbədən söhbət gedə bilər ki? 20 Yanvarı bu gün belə üzüntü, hüznlə qeyd edilməsi tam normaldır”.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR