Dərc edildi: Baxış sayı: 545
Tarixi sazişin imzalanacağı vaxt açıqlandı
ABŞ və Taliban terror qruplaşması arasında atəşkəs sazişi fevral ayının 29-da imzalanacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo açıqlama verib. O bildirib ki, imzalanma mərasimi Qətərin paytaxtı Dohada baş tutacaq. Diplomatın sözlərinə görə, Taliban ABŞ-la saziş imzalayandan sonra Əfqanıstan hökuməti ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, 18 ildir ABŞ və Taliban arasında gərginlik hökm sürür.
Anar Türkeş
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət