Dərc edildi: Baxış sayı: 1872
Tarixi qərar: 8 min müsəlmanı öldürən prezidentə cəza
Beynəlxalq Cəza Məhkəməsinin Apellyasiya Şurası "Bosniya qəssabı" kimi tanınan sabiq Serbiya prezidenti Radovan Karaciçlə bağlı yekun qərarını açıqlayıb.
Axar.az xəbər verir ki, məhkəmə 1994-cü ildə törədilmiş Srebrenitsa qətliamının əsas səbəbkarlarından Karaciçi ömürlük həbsə məhkum edib.
Bununla da 3 il davam edən apellyasiya prosesi də başa çatıb.
Qeyd edək ki, Srebrenitsa qətliamı 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət