Slimfit
  1. AZƏRBAYCAN

Tarixi qayıdışın başlanğıcı - “91-lər”in ulu öndərə müraciətindən 26 il ötür

Tarixi qayıdışın başlanğıcı - “91-lər”in ulu öndərə müraciətindən 26 il ötür
Sakura

Tarixi qayıdışın başlanğıcı - “91-lər”in ulu öndərə müraciətindən 26 il ötür

1992-ci ildə ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran ziyalıları son dərəcə narahat edirdi.

Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. 26 il əvvəl bu gün—1992-ci il oktyabrın 16-da, 91 nəfər tanınmış Azərbaycan ziyalısı, ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün ümummilli Lider Heydər Əliyevə müraciət ünvanladı.

Müraciətə imza atanlardan biri siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov deyir ki, ümmulliliderin onların müraciətinə cavabı “Səs” qəzetində dərc edildi. Ulu öndər Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmadığını bildirdi. Ziyalıların müraciətini nəzərə alan Heydər Əliyev, Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verib, siyasi hakimiyyətə gələrək yenicə müstəqilliyə qovuşan respublikanı yox olmaq təhlükəsindən xilas etdi.

Millət vəkili Eldar İbrahimov deyir ki, həmin müraciət və ulu öndərin ona cavabı Azərbaycan xalqının və milli dövlətçiliyimizin taleyində dönüş nöqtəsi oldu. Beləcə, noyabrın 21-də Yeni Azərbaycan Partiyası yaradıldı. Ümummilli lider bu partiyaya sədr seçildikdən sonra insanlarda gələcəyə ümid artdı və cəmi 8-9 aydan sonra Heydər Əliyev siyasi müdrikliyi qələbə çaldı.

 

 

Mənbə : Atv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR