Slimfit
  1. MARAQLI

Tarixi dəyişdirəcək kəşf

Tarixi dəyişdirəcək kəşf
Sakura

Rusiyanın şimali-qərbindəki Ağ dəniz sahillərində 558 milyon illik skelet tapılmışdı

Ölkə.Az” xəbər verir ki, alimlər skeletin tərkibində xolesterol molekullar kəşf ediblər.

Avstraliya Milli Universitetinin alimləri bu kəşflə elm adamlarının 10 illərdir üzərində işlədiyi “Dickinsonia” adlı sümüyün bir heyvana aid olduğunu bildiriblər.
Əvvəllər bu qalıqların göbələyə və ya böyük bir amyöbə aid olduğu düşünülürdü. Amma onun bir göbələyə aid olduğunu sübut edən kimyəvi struktura rastlanmayıb.

Bu kəşflə 140 sm uzunluğu olan “Dickinsonia” skeleti ən qədim heyvan skeleti olaraq tarixə keçib. Ehtimal edilir ki, “Dickinsonia” coxhüceyrəli sadə həyat formalarının planetimizə yayılmağa başladığı dövrdə yaşayıb.

Avstraliyalı alim Con Broks deyib: “Tapdığımız yağ molekulları bu heyvanların 558 milyon il əvvəl yaşadığını sübut edir”.

“Elm adamları 75 ildir ki, “Dickinsonia” və digər qəribə skeletlərin nə olduğunu anlamağa çalışırdı. Ancaq bir həkimə tələbəsinin gətirdiyi nəticələri görəndə gözlərimizə inanmadıq”, - deyə Con Broks əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR