Dərc edildi: Baxış sayı: 643
Tarixdə misli görünməyən böhran: 45 milyon insan aclıqdan ölə bilər–BMT-dən SOS
Afrikanın cənubunda 45 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir.
«Sherg.az» «Lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) həyəcan təbili çalıb. BMT-dən bildirilib ki, bu, olduqca ciddi və qorxulu vəziyyətdir.
Qurum bu aclığın yaradan səbəbləri Afrikanın cəbundakı bəzi ərazilərdə həddən çox quruluğun olması və iqtisadi çətinliklərlə izah edir.
Dünya Qida Proqramının (WFP) regional rəhbəri Lola Castro da vəziyyətə münasibəti bildirib. O bunları deyib:
"Bu, yer üzərində heç vaxt rast gəlinməyən və müşahidə olunmayan böhrandır. Və bu, olduqca təhlükəli vəziyyətdir».
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət