Slimfit
  1. MEDİA

Tarixçi: SSRİ ermənilər üçün bunları etdi

Tarixçi: SSRİ ermənilər üçün bunları etdi
Sakura

Tarixçi: SSRİ ermənilər üçün bunları etdi

İyunun 24-də AMEA-da “Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, konfransın təşkilatçıları Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondudur.

Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlara və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir:

“200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb. Xalqımıza sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb”.

Konfransda “Sovet dövlətinin Cənubi Qafqazdakı milli siyasətində erməni amili” adlı məruzə ilə çıxış edən Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev qeyd edib ki, sovet dönəmində erməni amilinin gücləndirilməsinə xüsusi qayğı göstərilib:

 

“1948-1953-cü illərdə azərbaycanlılar Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya olunub və orada xaricdən gətirilmiş ermənilər yerləşdirilib. 1945-1985-ci illərdə Cənubi Qafqaza 150 mindən çox erməni köçürülüb”.

Tarixçi alimlər Cəbi Bəhramov, Kərim Şükürov, İlqar Niftəliyev, Kamran İsmayılov və başqaları qeyd ediblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR