Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Tarix yazanları tarix unutmur: Xüsusi təyinatlı döyüşçü Şəhriyar

Tarix yazanları tarix unutmur: Xüsusi təyinatlı döyüşçü Şəhriyar
Sakura

Tarix yazanları tarix unutmur: Xüsusi təyinatlı döyüşçü Şəhriyar

Daşkəsən rayonundan olan xüsusi təyinatlımız Şəhriyar Abdullayev Vətən müharibəsində silaha sarılan vətən oğullarından biri kimi tarixə qovuşdu. O öz ölümü ilə ən yüksək mərtəbəyə - şəhidlik zirvəsinə ucaldı.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Şəhidin atası Kamil Abdulllayev övladının uşaqlıqdan hərbi sahəyə həvəsi olduğunu deyir. Məhz bu həvəs xidmət dönəmindən sonra da onu hərb sahəsindən ayıra bilmədi, Kamil hərbi sahədə qalmaq qərarını verdi.

Vətən müharibəsinin ilk günlərində ölməz şəhidimiz xüsusi təyinatlı kimi döyüşlərin ən şiddətli vaxtında xidmət aparıb. Torpaqlarımızın işğaldan azad olunması üçün düşmənə qarşı amansız savaşıb. Hər dəfə ailə üzvləri ilə danışanda Xocalının qisasını alacaqlarını deyib. Elə də olub. Azərbaycan ordusu Xocalı faciəsi qurbanları ilə yanaşı, bütün şəhidlərimizin qisasını aldı.

Bu gün vətən oğlu əbədiyyətə qovuşub. Şəhriyarın özündən sonra bu xalqa əmənət kimi iki azyaşlı qız övladı qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR