Slimfit
  1. AZƏRBAYCANLI

Tanrı pıçıltısını sözə çevirə bilən xanım

Tanrı pıçıltısını sözə çevirə bilən xanım
Sakura

Tanrı pıçıltısını sözə çevirə bilən xanım

Əsl poeziya ruha sığal çəkən ilahi nəsnədir. Öz qüdrəti ilə insanı düşündürə, pərişan edə, şənləndirə və hətta mübarizəyə səsləyə də bilir. Bəli, gözəl şeir Tanrının pıçıltısıdır. Bu pıçıltını duymaq, onu hiss etmək zövqün necə olmasından çox asılıdır. Və bu pıçıltını yalnız Tanrının seçdiyi insanlar sözə çevirə bilir. Biz onlara şair deyirik. Kimin söylədiyini unutmuşam,- "Şairlər peyğəmbərlərdən sonra Allahın yer üzündəki elçiləridir"…
Sevindirici haldır ki, yaratdıqları poeziya nümunələri ilə oxucuların rəğbətini qazanan xanım şairlərimiz az deyil. Bu gün mən sizə onlardan biri- Aysel Xanlarqızı Səfərli haqqında söhbət açmaq istəyirəm.
Aysel xanım zəngin təbiəti olan Lənkəran şəhərində dünyaya gəlib. 1999-cu ildə orta təhsilini 2 saylı məktəbdə bitirib. Eyni zamanda yeddi il Lənkəran 1 saylı musiqi məktəbində fortepianodan dərs alıb. 1999-2003-cü illərdə Lənkəran Dövlət Universitetində ali təhsilə yiyələnib. Oranı həm filoloq, həm də tibb bacısı kimi başa vurub. Bir müddət orta məktəbdə müəllimlik edib. 2008-ci ildə ailəsi ilə İspaniyanın Kantabria vilayətinin Santander şəhərinə gedərək 2012-ci ilədək orada məktəblərdən birində işləyib. 2014-2017-ci illərdə isə "Yeni yaşam" psixoloji mərkəzə rəhbərlik edib. 2017-ci ildən "Medical House" tibb mərkəzində çalışır. Həm də "Müstəqil.az" saytının redaktorudur…
…Ömür-gün yoldaşı Səfa Rəşid ixtisasca tarixçidir. Bədii yaradıcılıqla da məşğul olur. Dövri mətbuatda tez-tez şeirləri ilə çıxış edir. İki övladı vardır. Qızı Aytel xanım 15, oğlu Yunis isə 12 yaşındadırlar…
Deyir ki,- "Ən böyük dərdim Qarabağla bağlıdır. O bölgədə heç zaman olmasam da Şuşanın, Ağdamın, eləcə də işğal altında olan digər rayonlarımızın əhalisinin yaşadığı ağrı-acını özümə doğma bilirəm"…
İndiyədək üç şeirlər kitabı işıq üzü görüb. Onların ikisi- "Bir dünya var", "Yoxluğunun cazibə qüvvəsi" Azərbaycanda, "Hardasan dostum?" isə İran İslam Respublikasının Təbriz şəhərində fars əlifbası ilə dərc olunub. Azərbaycan Yazıçılar Birliyi və İraq Türkmən Yazarlar Birliyinin üzvüdür…
…Asudə vaxtlarında pianoda musiqi ifa etməkdən zövq alır. Dünya yazarlarının bədii əsərlərini mütaliə etməyi xoşlayır. Ara-sıra idmanın qaçış növü ilə də məşğul olur. Bir sözlə, bu xanım gözəl poeziya nümunələri yarada bilən əsl şairdir. Şairlərin yaradıcılığına ən böyük dəyəri isə əlahəzrət Zaman verir. Zaman üzünüzə gülsun, Aysel Xanlarqızı Səfərli xanım!..

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR