Tanınmış məşqçi: 'UEFA Şərqi Avropa klublarını qorumur'
“Zenit”in Çempionlar Liqasının növbəti mövsümündə 1/4 finaladək irəliləməsi asan olmayacaq. Axı, UEFA Şərqi Avropa klublarını qorumur”.
“Report” xəbər verir ki, bunu “Sport-Ekspres”ə müsahibəsində Rusiyanın “Zenit” komandasının sabiq baş məşqçisi Andre Villaş-Boaş deyib. 42 yaşlı portuqaliyalı mütəxəssisin sözlərinə görə, qitənin ən nüfuzlu klub turnirində pley-off oyunları bir həftə irəli çəkilməlidir: “Bununla bağlı narazılığımı Avropa məşqçilərinin forumunda ifadə etdim, ancaq heç nə dəyişmədi. Biz bu oyunlara böyük ritm çatışmazlığı ilə yaxınlaşırıq”.
Çempionlar Liqasının cari mövsümündə 1/8 final mərhələsinin ilk oyunları 13-14 fevralda, cavab görüşləri isə bir həftə sonra keçirilib. Rusiya Premyer Liqasında isə mövsümün ikinci yarısına martın 1-də start verilib.
Qeyd edək ki, Andre Villaş-Boaş indiyədək “Zenit”lə yanaşı, Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi” və “Tottenhem”, eləcə də Çinin “Şanxay” komandalarına rəhbərlik edib. O, 2017-ci ildən işsizdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət