Dərc edildi: Baxış sayı: 383
Tanınmış məşqçi 6 oyunluq cəzalandırılıb
Rusiya Futbol İttifaqının İntizam Komitəsi “Rostov” komandasının baş məşqçisi Valeri Karpini 6 oyunluq cəzalandırıb.
“Report” xəbər verir ki, səbəb 49 yaşlı mütəxəssisin Rusiya Premyer Liqasının XVII turunda evdə “Krılya Sovetov”a 0:1 hesabı ilə uduzduqları matçdan sonra dördüncü hakimi itələməsidir.
Cəzanın 3 oyunu şərti xarakter daşıyır və cari mövsümün sonuna qədər V.Kaprinə sınaq müddəti qoyulub. Kaprin həmçinin 80 min rubl cərimə də ödəməli olacaq.
Qeyd edək ki, “Rostov”un heyətində azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. "Krılya Sovetov"un formasını geyinən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu qarşılaşmada sarı vərəqə alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət