Slimfit
  1. CƏMİYYƏT

Tanınmış marketdə vaxtı keçmiş məhsullar satılır

Tanınmış marketdə vaxtı keçmiş məhsullar satılır
Sakura

Tanınmış marketdə vaxtı keçmiş məhsullar satılır

Paytaxtın mərkəzində, Nizami küçəsində yerləşən məşhur marketlər şəbəkəsinin filialında hazır qidalar vaxtı ötmüş şəkildə satılır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Baku TV-nin əməkdaşı sözügedən marketdə olub, araşdırma aparıb.

Obyekt müdirinin buna reaksiyası isə sərt olub.

Məsələ ilə bağlı marketlər şəbəkəsinin mətbuat xidmətindən bildirilib ki, mağazalarında mütəmadi olaraq keyfiyyətə nəzarət mütəxəssisləri və mağaza əməkdaşları tərəfindən yoxlamalar aparılır:

"Hər hansı uyğunsuzluq olarsa, dərhal aradan qaldırılır. Sözügedən məsələ tərəfimizdən araşdırılıb və zəruri tədbirlər görülüb".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, qeyd olunan görüntülər qurum tərəfindən nəzarətə götürülüb: "Hazırda araşdırmalara başlanılıb. Nəticələr barədə məlumat veriləcək".

Ətraflı süjetdə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR