Dərc edildi: Baxış sayı: 421
Tanınmış futbolçu İngiltərə millisindəki karyerasını başa vurub
Lester” klubunun futbolçusu Ceymi Vardi İngiltərə millisindəki karyerasını başa vurub.
“Report” “The Sun”a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu əsas vaxtını ailəsinə və klub karyerasına həsr etmək üçün bu addımı atıb. O, qərarından yığmanın baş məşqçisi Qaret Sautgeyti də məlumatlandırıb.
Qeyd edək ki, Ceymi Vardi 2015-ci ilin iyununda debüt etdiyi İngiltərə millisinin heyətində 26 oyuna 7 qol vurub. O, yığma ilə birgə AÇ-2016 və DÇ-2018-də iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət