Slimfit
  1. MEDİA

Tanınmış avropalı deputat AzTv haqda yazdı

Tanınmış avropalı deputat AzTv haqda yazdı
Sakura

Tanınmış avropalı deputat AzTv haqda yazdı

Latviya Seyminin (parlament) hakim partiyadan deputatı, eks-nazir Roman Naudinş sosial şəbəkə hesabında Azərbaycan Televiziyası barədə paylaşım edib.
 
Paylaşımda deyilir: "Dost ölkənin Azərbaycan Televiziyası - AzTV bu gün Latviyaya gələrək məndən, hətta azərbaycanlı babam İdris bəydən də reportaj etdi. Çox maraqlı missiyadır. Ümumiyyətlə, son vaxtlar AzTV xaricdən bizim də diqqətimizi çəkəcək maraqlı addımlar atır. Dünyadakı fərqli insanları diqqət mərkəzində saxlamaq, Azərbaycanın dostlarının sayını artırmaq təqdirəlayiqdir. Uğurlar arzulayıram!"
 
Qeyd edək ki, Roman Naudinşin babası İdris İbrahimov əslən azərbaycanlıdır. R. Naudinş Latviyada, o cümlədən Avropa Birliyi miqyasında fəal siyasi xadim kimi tanınır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR