Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Tanınmış amerikalı kardioloqdan uzun və sağlam həyatın 7 qaydası

Tanınmış amerikalı kardioloqdan uzun və sağlam həyatın 7 qaydası
Sakura

Tanınmış amerikalı kardioloqdan uzun və sağlam həyatın 7 qaydası

Amerikanın tanınmış kardioloqu Klayd Yansi insana uzunömürlülük bəxş edə bilən qaydaları tərtib edib.

Yansinin fikrinə görə, insan orqanizmi uzun həyata proqnozlaşdırılıb. Onun fikrinə görə, həyatımızı ilk növbədə sağlam olmayan vərdişlər qısaldır.

90 və ya 100 yaşınızı qeyd etmək istəyirsinizsə, Yansinin qaydalarına riayət edin. Saglamolun.az sizə bu qaydaları ilə tanış edir.

1. Fiziki aktiv olun

Yansinin fikrinə görə, fiziki aktivliyin az olması insan həyatını ən azı 4 il qısaldır. Azhərəkətli insanlarda ürək xəstəlikləri və insultun riski daha çox olur. Mütəxəssis qaçış, üzgüçülük, sürətli yeriş, idman oyunları ilə məşğul olmağa çağırır.

2. Xolesterinə nəzarət edin

Xolesterinin orqanizmdə çox yüksək səviyyədə olması ürək-damar xəstəliklərinin riskini artırır. Əsas qayda - xolesterin 5-dən yuxarı qalxmamalıdır.

3. Qidalanmanıza fikir verin

Həkim şirniyyatlar, fast-fud və qazlı içkilərdən imtina etməyə çağırır. Yansinin fikrinə görə, rasionda yarmalar, təzə meyvə və tərəvəzlərin çox olması insan həyatını uzadır.

4. Təzyiqin qalxmasının qarşısını alın

Yüksək təzyiqi "səssiz qatil" adlandırırlar. Hipertoniyadan əziyyət çəkən insanlarda insultun riski 40%, infarktın isə 25% artmış olur. Bu səbəbdən 45 yaşdan sonra təzyiqə daim nəzarət etmək lazımdır.

5. Artıq çəki yığmayın

Piylənmə insan həyatını 5 il qısalda bilər. Piylənmə bir çox ağır xəstəliklərin (ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, xərçəng) riskini artırır.

6. Diabetin profilaktikasını edin

Şəkərli diabet təzyiq, damarlar, ürəklə olan problemlərin riskini artırır.

7. Siqaret çəkməkdən imtina edin

Siqaret çəkmək hipertoniyadan sonra ölüm riskini artıran 2-ci amildir.

Klayd Yansi qeyd edir ki, siqaret çəkən insanda vaxtından qabaq ölümün riski siqareti tərqitdikdən yalnız 15 il sonra siqaret çəkməyən insanla bərabərləşir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR