Slimfit
  1. İQTİSADİYYAT

TANAP-ın işə salınması Azərbaycanın həyati vacib maraqlarının təşviqinə imkan verəcək

TANAP-ın işə salınması Azərbaycanın həyati vacib maraqlarının təşviqinə imkan verəcək
Sakura

TANAP-ın işə salınması Azərbaycanın həyati vacib maraqlarının təşviqinə imkan verəcək

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması Azərbaycanın həyati vacib maraqlarının təşviqinə imkan verəcək.

Bunu Trend-ə “Observatoire Mediterraneеn de l'Energie” assosiasiyasının karbohidrogenlər bölməsinin direktoru Sohbet Karbuz deyib.

O xatırladıb ki, Cənub Qaz Dəhlizi konsepsiyası Avropa Komissiyası tərəfindən 2008-ci il noyabrın 13-də Avropa İttifaqının enerji təhlükəsizliyi üçün prioritet layihələrdən biri qismində elan olunmuşdu:

“11 ildən sonra biz TANAP və TAP layihələrinin reallaşdırılması ilə bu konsepsiyanın konkret məhsullarını görürük”.

S.Karbuz qeyd edib ki, Cənub Qaz Dəhlizi ilə nəql olunacaq qaz həcmləri Cənub-Şərqi Avropa və Mərkəzi Avropa bazarları üçün həlledici rol oynayacaq, çünki Cənub Qaz Dəhlizi qaz tədarükünü mənbələrini şaxələndirmək və təhlükəsizliyini möhkəmləndirmək istəyən region ölkələri üçün yeni mənbə və marşrut təklif edəcək:

“TANAP vasitəsilə Türkiyəyə və TAP vasitəsilə Avropa İttifaqına qaz ixracı Azərbaycanın həyati vacib maraqlarının təşviqinə, yəni gəlirlərin təmin olunmasına, Türkiyə və Avropa bazarlarına daxil olmağa və ixrac marşrutlarının şaxələndirilməsinə imkan verəcək”.

O əlavə edib ki, Trans-Xəzər qaz kəməri ilə faktiki qaz nəqli Azərbaycandan həcmlərin artması ilə yanaşı, bu konsepsiyanın əhəmiyyətini daha da artıracaq.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR