Slimfit
  1. İDMAN

Tamaşaçı: Bədii Gimnastika üzrə Dünya Çempionatının Bakıda keçirilməsi çox qürurvericidir

Tamaşaçı: Bədii Gimnastika üzrə Dünya Çempionatının Bakıda keçirilməsi çox qürurvericidir
Sakura

Tamaşaçı: Bədii Gimnastika üzrə Dünya Çempionatının Bakıda keçirilməsi çox qürurvericidir

Yarışlar maraqlı və möhtəşəmdir.

Bunu Trend-ə Bədii gimnastika üzrə 37-ci dünya çempionatının tamaşaçısı Cəfər Salayev deyib.

C.Salayev yarışda iştrakinı belə şərh edib: "Nəvəmlə bir yerdə gimnastika yarışları izləməyə gəlmişik. Mənim nəvəmdə bədii gimnastika ilə məşğuldur, buna görə də kürsüdə baş verən hər şeylə maraqlanır. Milli Gimnastika Arenasında keçirilən yarışlarda tez-tez iştirak edirik. İstəyirəm ki, nəvəm məşhur gimnastların necə yarışdığını görsün, onlardan dərs alsın, və qələbələrindən ilhamlansın. Dünya kubokunun Bakıda keçirilməsi çox qürurvericidir".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

 

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR