Dərc edildi: Baxış sayı: 588
Talibanla maraqlarımız bu sahədə üst-üstə düşür – Moskva
Rusiya ilə Taliban radikal qruplaşmasının maraqları yalnız İŞİD terror təşkilatına qarşı mübarizə məsələsində üst-üstə düşür, Moskva ilə taliblərin hədəfləri isə fərqlidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəsmisi Dmitri Kabayev rus-əfqan gənclik forumunda çıxış edərkən deyib.
“Rusiya heç zaman Taliban hərəkatının müdafiəçisi qismində çıxış etməyib. Bizim hədəflərimiz ancaq insanlığa xas olmayan qanunlarını bütün dünyaya yaymağa çalışan İŞİD-lə mübarizədə üst-üstə düşür. Taliban da nəzarət etdiyi ərazilərdə məhz onlara qarşı mübarizə aparır. Bizim maraqlarımız ancaq bu məsələdə üst-üstə düşür”, - deyə Kabayev bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət