Taleh Qaraşov ucqar kənd sakinləri ilə görüşdü
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dünən rayon mərkəzindən kifayət qədər uzaqda, çətin təbii şəraitə malik dağlıq ərazisində yerləşən Gəgiran kəndində səyyar qəbul-görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə İcra aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilərək qaldırdıqları məsələlər yerindəcə araşdırılıb. Səyyar qəbula görə razılıqlarını bildirən sakinlər onların müraciətlərinin yerindəcə araşdırılmasına, mövcud problemlərin həlli ilə bağlı görülən işlərə görə ölkə prezidentinin ünvanına minnətdarlıq ifadə ediblər.
Qəbul-görüşü yekunlaşdıran İcra başçısı sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət