Slimfit
  1. İQTİSADİYYAT

Taleh Kazımov: Mərkəzi Bankla hökumətin proqnozunun üst-üstə düşməməsi normaldır

Taleh Kazımov: Mərkəzi Bankla hökumətin proqnozunun üst-üstə düşməməsi normaldır
Sakura

Taleh Kazımov: Mərkəzi Bankla hökumətin proqnozunun üst-üstə düşməməsi normaldır

“Mərkəzi Bankın proqnozları illik inflyasiya üzərinə qurulub. İqtisadiyyat Nazirliyinin proqnozu ilə bizi proqnozumuz arasında fərq olması normaldır”.

Ens.az Banker.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, bu ildən AMB artıq ÜDM, bank və iqtisadi göstəriciləri aktiv proqnozlaşdırmağa başlayacaq: “Bunu ildə 4 dəfə edəcək və ictimaiyyətə açıqlayacağıq. Bu, beynəlxalq praktikadır. Proqnozlar dəyişir, çünki Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın bir parçasıdır. Qlobal iqtisadiyyat da dəyişir və buna görə də biz rüblük proqnozları artıq verəcəyik. AMB proqnozları ilə hökumətin proqnozunun üst-üstə düşməməsi normaldır. Bu, fərqli baxışlardır və normaldır. Hər bir ölkədə həm hökumətin proqnozları, həm də Mərkəzi Bankın proqnozları olur. Mərkəzi Bank müstəqil qurumdur. Bütün proqnozların üst-üstə düşməsinə gərək yoxdur. Bizim əsas məqsədimiz inflyasiyanı proqnozlaşdırmaqdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR