Slimfit
  1. CƏMİYYƏT

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq?

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq?
Sakura

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq?

Son günlər taksi fəaliyyəti ilə bağlı bir çox məsələlər müzakirə edilir. Diqqətçəkən məqamlardan biri isə bəzi taksi şirkətlərinin iyunun 1-dən etibarən minimal gediş haqqını 4,5 AZN-ə qədər qaldıracağına dair iddiaların yayılmasıdır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, “Bolt” taksi şirkətinin yerli nümayəndəliyinin icraçı direktoru Nazim Əzizov yayılan məlumatları feyk adlandırıb.

“Yaxın zamanlarda şirkətin minimal gediş haqqına hər hansı artım etməsi gözlənilirmi?” sualına isə: “Bilinmir”, - deyə cavab verib.

“Uber” taksi şirkətinin yerli nümayəndəliyindən Rüstəm Əzimov isə bildirib ki, sözügedən qiymət artımı ilə bağlı şirkətin baş ofisindən heç bir şərh verilməyəcəyi qeyd edilib.

“Yango” taksi şirkətinə isə məsələ ilə bağlı sorğu göndərsək də, orada sorğumuza cavab verən məsul şəxs tapılmadı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, taksi fəaliyyəti üzrə gediş haqlarının təyin edilməsi qurumun səlahiyyətinə aid deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR