Sərnişinlər fərdi qəza sığortası ilə təmin olunur
"Bakı Taksi Xidməti" 500 ədəd TX4 markalı "London taksi"si ilə sərnişinlərə xidmət göstərilir. Taksilərimizdə fiziki məhdudiyyəti olan insanlar üçün şərait mövcuddur. Bundan başqa, sürücü ilə sərnişin arasındakı arakəsmə təhlükəsizliyi və məxfiliyi təmin edir, sürücü ilə danışmaq üçün intercom sistemi, havalandırma və digər funksiyaların sərnişin tərəfindən idarə etmə imkanı sərnişinlərin komfortu üçün nəzərdə tutulub".
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, avtomobillərin hər biri taksometr cihazı ilə təchiz olunub. Beş sərnişin üçün nəzərdə tutulan geniş salon digər taksi şirkətlərinin avtomobillərində mövcud deyil: "Nəqliyyat vasitələrində GPS izləmə ilə səfərlərin qeydiyyatı və təhlili aparılır. Fövqəladə hallarda dispetçer çağırış (SOS) düyməsi həmişə aktivdir. Sərnişinlər fərdi qəza sığortası ilə təmin olunur".
Allahyarova qeyd edib ki, növbəti ildən xidmət keyfiyyətini artırmaq üçün iki kameralı videoqeydiyyatçının quraşdırılması, sürücülərin vahid geyim forması ilə təmin edilməsi, sifariş mərkəzinin və mobil tətbiqetmənin istifadəyə verilməsi, Wi-Fi xidməti ilə təchizat nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət