Slimfit
  1. CƏMİYYƏT

Taksidən istifadən edən sərnişinlərin diqqətinə! - Sürücü belə edərsə....

Taksidən istifadən edən sərnişinlərin diqqətinə! - Sürücü belə edərsə....
Sakura

Taksidən istifadən edən sərnişinlərin diqqətinə! - Sürücü belə edərsə....

Paytaxt Bakının küçələrində taksilərin sayı günü-gündən artır. Bu artma isə öz növbəsində problemlərin çoxalması, qaydaların pozulması ilə nəticələnir. 

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulması isə qəzalara səbəb olur. Qəzalara səbəb olan amillərdən biri də taksi sürücülərinin yol gedərkən elektron qurğulardan istifadə etməsidir.

Məsələ ilə bağlı yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, sükan arxasında olan sürücülərin diqqətini yayındıran əsas amillərdən biri naviqasiya sistemidir:

“Elektron sistemlə işləyən qurğular sürücülərin müəyyən problemlərlə üzləşməsinə səbəb olur. Xüsusən də bu problemlə taksi sürücüləri üzləşir. Taksi şirkətləri ilə əməkdaşlıq edən sürücülərə müştəri elektron qaydada yönləndirilir. Nəticədə sürücü müştərini onlayn qaydada qəbul etmək üçün mobil telefona proqram yazdırır və bildirişləri daim izləyir. Müştərinin sifarişinə kim tez cavab versə, o da qabağa düşür. Bu baxımdan sükan arxasında olan sürücülərin diqqəti avtomobilin qabaq alın şüşəsinə yapışdırılan telefona yönlənir və qəza vəziyyəti daha yüksək olur.

Sürücü bir sifarişi yerinə yetirməmiş artıq ikinci sifarişi qəbul edir.

Taksi sürücülərinin iş rejimi çox gərgindir. Taksi şirkətlərində xidmət haqqı çox aşağıdır. Buna görə də sürücülər gündəlik stabil qazanc əldə etmək üçün daha çox işləməyə can atırlar. Bəzən olur ki, sürücü bir sifarişi yerinə yetirməmiş yeni sifarişləri qəbul edir. Bu isə yolverilməzdir. Çünki müştərini təyin olunan əraziyə çatdırmamış yeni sifarişi qəbul edən sürücü ikinci müştərini 15-20 dəqiqə gözlədir. Başqa ölkələrdə bu cür yanaşma mövcud deyil. Müştərinin sifarişi operativ şəkildə həyata keçirilir.

Ölkədə taksi parkının yaradılmasına ehtiyac var.

Ötən illərdə taksi sürücülərinə qarşı münasibət hökm sürürdü. Hazırkı şəraitdə isə taksi sürücüləri üçün kifayət qədər şərait yaradılıb. Buna baxmayaraq, sürücülər tərəfindən sui-istifadə halları çoxdur. Onlara tövsiyə edərdim ki, vicdanlı davransınlar və müştəriləri aldadaraq 25-30 dəqiqə gözlətməsinlər. İndiki şəraitdə taksi sürücülərinin əsas problemi taksi dayanacaqlarının məhdud sayda olmasıdır. Ölkədə taksi parkının yaradılması növbəli rejimdə iş qurulmasına və müştərilərə normal xidmət göstərilməsinə yol aça bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR