Slimfit
  1. CƏMİYYƏT

Taksi sürücüsü Əli Həsən 70 min avronu sahiblərinə qaytardı-İbrətamiz...

Taksi sürücüsü Əli Həsən  70 min avronu sahiblərinə qaytardı-İbrətamiz...
Sakura

Taksi sürücüsü Əli Həsən 70 min avronu sahiblərinə qaytardı-İbrətamiz...

Tehranda bir taksidə 70 min avro nağd pulla dolu çantalarını unudan  polyak ər-arvad qiymətli əmanəti vicdanlı bir müsəlman sürücü sayəsində geri ala bilıb. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Borna” xəbər agentliyi məlumat yayıb.
 
 İranlı taksi sürücüsü Əli Həsən Zəfəri avtomobildə unudulmuş çantanın  sahiblərini tapmaq üçün çox vaxt sərf etsə də, nəhayət, onları tapıb pulu qaytarmağa müvəffəq olub. O, müştərilərin polyak olduğunu anlayaraq  əmanəti Polşanın Tehrandakı səfirliyinə təhvil verib. 
 
Tehran meri Piruz Hanaçi taksi sürücüsü Əli Həsənin əsl müsəlmana layiq vicdanlı davranışını alqışlayaraq onu medal və pul mükafatı ilə təltif edib. Mer sürücünün tezliklə digər maliyyə yardımı da alacağına  söz verib.
 
P.S. İslam dünyası üçün çox dəyərli Əli və Həsən adlarını belə daşımaq gərəkdir...
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR