Slimfit
  1. AZƏRBAYCAN

Taksi sürücülərinin fəaliyyətinə bu halda icazə veriləcək - RƏSMİ

Taksi sürücülərinin fəaliyyətinə bu halda icazə veriləcək - RƏSMİ
Sakura

Taksi sürücülərinin fəaliyyətinə bu halda icazə veriləcək - RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək.

Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə aprel ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən “Fərqlənmə Nişanı” təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər:

“Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq qaydada həmin şəxslər haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır”.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR