Slimfit
  1. DÜNYA

Tailandda it torpağa diri basdırılan körpəni xilas edib

Tailandda it torpağa diri basdırılan körpəni xilas edib
Sakura

Tailandda it torpağa diri basdırılan körpəni xilas edib

Tailandın şimal-şərqində it torpağa diri basdırılan körpəni xilas etməyə kömək göstərib.

AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, sahibi tərəfindən gəzintiyə çıxarılmış Pinq Ponq adlı köpək qəflətən ulamağa və torpağı eşməyə başlayıb. İtin sahibi yaxına gəldikdə yeni doğulmuş uşağın torpağın altından çıxan ayağını görüb. O, körpəni torpaqdan çıxararaq xəstəxanaya aparıb. Həkimlər uşağı müayinə etdikdən sonra onda ciddi zədə aşkarlamayıb.

Polis körpənin 15 yaşlı anasını tapmağa nail olub. O, valideynlərinin qəzəbindən qorxaraq körpədən canını qurtarmağa çalışdığını etiraf edib. Hazırda ona qarşı adam öldürməyə cəhd maddəsi üzrə ittiham irəli sürülüb.

Qızın atası nəvəsini qəbul etməyə hazır olduğunu bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR